Azərbaycanın ticarət dövriyyəsində Rusiya 3-cü, idxalda isə 1-ci yeri tutur – NAZİR

“Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilib. Hazırda Azərbaycanın ticarət dövriyyəsində Rusiya 3-cü, idxalda isə 1-ci yeri tutur”.

Etikxeber.az “APA-Economics”-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forumunda deyib.

Onun sözlərinə görə, iki ölkə arasında azad ticarət rejimi mövcuddur: “Bu, ticarət əlaqələrinin və iş adamları arasında əməkdaşlığın inkişafına əlavə imkan yaradır”.

Ş. Mustafayev deyib ki, Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Nazir əlavə edib ki, son illər Rusiya Azərbaycan iqtisadiyyatına 3 mlrd. dollardan çox investisiya qoyub. O, bildirib ki, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox birbaşa investisiya yönəldib: “Azərbaycanın “Karat Holdinq” şirkəti bu il Yesentuki şəhərində 25 mln. dollar dəyərində sanatoriya-kurort mərkəzini istifadəyə verib, “Azərsun Holdinq” Krasnodar vilayətində 8 mln. dollar dəyərində meyvə-tərəvəz konservlərinin istehsalı zavodu və 3 mln. dollar dəyərində çay fabriki tikib. “Karvan-L” şirkəti Kabarda-Balkar Respublikasında “Stalprom” şirkətinin tikintisi və təchizatı, Dağıstanda isə təqribən 1,5 mln. dollar dəyərində “Anji” İdman Mərkəzinin tikintisi layihələrini reallaşdırıb”.

Etikxeber.az

Read Previous

Avtonəqliyyat üzrə 2,2 milyon manat sığorta ödənişi edilib

Read Next

Nazir aramsız yağan yağışlardan şikayətləndi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir