“Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi bölgədə normallaşdırma səylərini gücləndirəcək”-ƏRDOĞAN

Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi bölgədə normallaşdırma səylərini gücləndirəcək.

Etikxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısındakı çıxışında bildirib.

Türkiyə Prezidenti deyib:

“Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasının da qapılarını açıb. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bu addımlar bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcəkdir. Türkiyə olaraq bu prosesdə Azərbaycanın yanında olmaqda davam edəcəyik. Təşkilat olaraq da Azərbaycan ilə tam həmrəylik içərisində olmağımız böyük önəm daşıyır”.

Etikxeber.az

Read Previous

Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə-MİNAYA DÜŞDÜ…

Read Next

Daha 1662 yeni yoluxma-DAHA 18 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir