Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırıldı-RƏSMİ

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.

Hər iki dövlətin ekspert qruplarının işi davam edir.

Etikxeber.az

Read Previous

Hüseynov Muradovla-ƏVƏZLƏNDİ…

Read Next

“Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!”-MEHRİBAN ƏLİYEVA ÜLVİYYƏ FƏTƏLİYEVANI TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir