Azərbaycanla İraq arasında müntəzəm uçuşların həyata keçirilməsi müzakirə edilib

Azərbaycanla İraq arasında müntəzəm sərnişin və yük uçuşlarının yerinə yetirilməsi perspektivlərini müzakirə ediblər.
Bu barədə Etikxeber.az-a  Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
Administrasiyadan bildirilib ki, Azərbaycan və İraq aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar aparılıb
Bakıda Azərbaycan Respublikası və İraq Respublikasının aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar aparılıb.
Görüş konstruktiv və dostluq şəraitində keçib. Danışıqlar zamanı tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini və Azərbaycan və İraq arasında müntəzəm sərnişin və yük uçuşlarının yerinə yetirilməsi perspektivlərini müzakirə ediblər. Görüşdə hər iki ölkənin təyin edilmiş aviaşirkətlərinin nümayəndələri iştirak ediblər.
 İraqın mülki aviasiya nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyəti ilə  tanış olub.
Etikxeber.az

Read Previous

İƏT də FETÖ-nü terror təşkilatı elan etdi

Read Next

ABŞ-dan Azərbaycana ifadə azadlığı ilə bağlı çağırış

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir