Azərbaycanla Türkiyənin konfederasiyası yarana bilər – POLİTOLOQ

Politoloq: Rumıniya-Moldova birliyi Azərbaycan-Türkiyə birliyini də gündəmə gətirir

Rumıniyanın Moldova ilə birləşməsi istəyi təbiidir, bir millətdirlər, işğaldan əvvəl bir yerdə olublar, indi də tarixi ədaləti bərpa etmək istəyirlər.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rumıniya parlamentinin Moldova ilə birləşmə yönündə “niyət deklorasiyası” qəbul etməsinin bu iki ölkənin birləşməsinə gətirib çıxarıb-çıxarmayacağına və bunların fonundə uzun illərdən bəri səsləndirilən Türkiyə-Azərbaycan konfederasiyasının daha ciddi, rəsmi şəkildə gündəmə gətirilib-gətirilməyəcəyinə münasibətini bildirərkən deyib.

az-can-turk

elxan-2

“Ancaq birləşmənin başlıca şərti hər iki dövlətdə yaşayan xalqların mütləq əksəriyyətinin buna müsbət yanaşmasıdır. Yəni, çox yəqin ki, gələcəkdə hər iki ölkədə referenduma ehtiyac yaranacaq”-deyən, politoloqun sözlərinə görə, Rumıniya Moldova birliyi istər-istəməz Azərbaycan-Türkiyə birliyini də gündəmə gətirir:

“Biz də bir millətik, doğrudur, Rumıniya-Moldova modelindən fərqli olaraq, yaxın tarixdə eyni dövlətin tərkibində olmamışıq. Ancaq iki millət son 100 ildə bir-birinə sıx bağlanıb, hətta 70 illik Sovet imperiyası da bu birliyimizi pozmadı. Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər. Biz öz Cümhuriyyətimizi Türkiyədən əvvəl qurduq, fərqimiz o oldu ki, qardaşlarımızın Cümhuriyyəti davam etdi, bizim Cümhuriyyəti isə əlimizdən 70 il aldılar”.

Politoloq deyib ki, buna baxmayaraq, hazırda bölgədə yenidən Azərbaycan-Türkiyə ittifaqı formalaşıb.

“Azərbaycanın torpaqları işğal altındadır. Ermənistanla məsələni həll etməliyik. Ancaq Ermənistanın böyük havadarları var və bizi təkləmək istəyirlər. Bu baş verməsin deyə Türkiyə ilə siyasi və hərbi ittifaqımızı gücləndirməliyik. Başqa alternativimiz yoxdur. O ki qaldı, konfederativ birliyə mən bunun qatı tərəfdarı olmasam da, müzakirələrin aparılması da mümkündür, bəlkə həqiqətən elə reallıqla formalaşa bilər ki, Azərbaycanla Türkiyənin konfederasiyası yarana bilər”-deyə,E.Şahinoğlu sözlərinə əlavə edib.

Qeyd edək ki, Türkiyə-Azərbaycan konfederasiyası təklifi ötən əsrin 90-cı illərində həm Türkiyə siyasiləri, həm də Azərbaycan siyasi tərəfindən gündəmə gətirilib.

Konkret olaraq, keçmiş dövlət müşaviri-mərhum Vəfa Quluzadə, “İYİ PARTİ”-nin lideri Meral Akşənər, Türkiyənin sabiq Baş Qərargah rəisi İlker Başbuğ, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli, ALP sədri Əvəz Temirxan, eks deputat Gültəkin Hacıbəyli və digərləri bu təkliflə çıxış ediblər.

Etikxeber.az

 

 

Read Previous

Qardaşın bacısını qətlə yetirməsinin üstü 7 ildən sonra açıldı – GORANBOYDA

Read Next

“Azərbaycan seçicisinin seçimi yenə İlham Əliyev olacaq” – ELDAR İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir