Azərbaycanla Türkiyənin qardaşlığı bir daha sübut olunur – SƏFİR

“Bizlər soyu, kökü bir olan  eyni millətin iki övladıyıq. Azərbaycanda və Türkiyədə keçirilən qarşılıqlı mədəniyyət tədbirləri bizim ölkələrimizin birliyini göstərir, mədəni dəyərlərimizi təkrar-təkrar öyrənir və təbliğ etmək imkanı qazanırıq”.

Etikxeber.az-n məlumatına görə bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Heydər Əliyev Sarayında keçirilən “Anadolu rəngləri” konsert proqramında deyib.

Səfirin sözlərinə görə, Azərbaycanla Türkiyənin qardaşlığı bir daha sübut olunur:

“Bu dövrdə Türkiyə və Azərbaycan arasındakı qardaşlığın əhəmiyyəti bir qat daha artıb. Biz bir-birimizi daha yaxından tanıdıqca öz yaxınlığımızın dəyərini daha çox anlayırıq”.

Etikxeber.az

Read Previous

“Borussiya Dortmund” dünyanın ən yaxşı dəstəklənən klubudur

Read Next

“Tottenhem” qapıçı Yuqo Lloris ilə müqaviləni yenilədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir