Azərbaycanlı cazmen Fransada konsert proqramları ilə çıxış edəcək

Cazmen, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəsli fevral ayında Fransada konsert proqramları ilə çıxış edəcək.

Etikxeber.az xəbər verir ki, bu barədə məlumat http://www.elloramanagement.com/ saytında yer alıb. Şahin Növrəsli fevralın 2-də Parisdə “Grand Palais”da, fevralın 6-da Odeon Teatrında konsert proqramı ilə çıxış edəcək.

Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və başqa tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb.

Etikxeber.az

Read Previous

“Ryanair” ən çox sərnişin daşıyan aviaşirkətdir

Read Next

Dövlət Gömrük Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir