Azərbaycanlı iş adamı dini radikalizm və terror ittihamı ilə tutulub

Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində terrorçuluq ittihamı ilə saxlanılıb.

Etikxeber.az bildirir ki, iş adamının yaxınlarının APA-ya verdiyi məlumata görə, E. Çemodanovla bağlı Simferopol məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib.

İttihama görə, E. Çemodanov dini radikal qruplaşma ilə əlaqədə olub və terror aktının hazırlanmasında iştirak edib.

Əslən Azərbaycanın Xaçmaz rayonundan olan E. Çemodanov 1978-ci ildə Krımda doğulub.

O, Krımda sahibkarlıqla məşğul olub.

Etikxeber.az

Read Previous

İstanbulda terrakt törətməkdə şübhəli bilinən şəxs saxlanıldı – FOTO

Read Next

Ermənistan Azərbaycan Ordusunun mövqelərini reaktiv odsaçandan atəşə tutub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir