Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanlı jurnalist, Oxu.Az saytının və “525-ci qəzet”in parlament müxbiri Kamil HƏMZƏOĞLU (HƏMİDOV) öz “Facebook” səhifəsində qardaş və dost Türkiyədə keçiriləcək 24 iyun seçkiləri ilə bağlı Türkiyə vətəndaşlarına- seçicilərinə (seçmənlərinə) müraciət edib.
Etikxeber.az həmin müraciəti olduğu kimi, təqdim edir:
“Cəmi 34-35 saatdan sonra Türkiyəmiz, ikinci Ana Vətənimiz tarixi seçkilərə gedir…
Uca Rəbbimdən dilərdim ki, bu seçkilər, seçimlər qardaş ölkəmizə əsl huzur, səadət, firavanlıq, demokrasi… gətirsin…
Türkiyəmizdə terrorun, terrorçuların kökü birdəfəlik kəsilsin, FETÖ, PKK…zir-zibilləri birdəfəlik məhv olunsun…Türkiyəmiz dünyanın LİDER dövlətinə çevrilsin…

Mən Azərbaycan Türküyəm, Azərbaycan Vətəndaşıyam, Azərbaycan Seçməniyəm (Türk-Türkiyə sevdalısıyam)…Ona görə də bu seçimlərdə iştirak etmək, səs-oy vermək imkanım yoxdur…
Amma könül, könlüm istərdi ki, Türkiyəmizin huzuru və demokrasisi üçün xanım Meral AKŞƏNƏR, Meral ablam 24 haziran seçimlərində qalib gəlsin, Türkiyəmizin ilk xanım Cümhurbaşkanı seçilsin və Türkiyəmizi əsl Türkiyəyə, huzurlu, inkişaf etmiş, LİDER Türkiyəyə çevirsin…
Sayın İncəyə hörmətim, ehtiramım olsa da, Türkiyəmizin gələcəyini xanım AKŞƏNƏRdə görürəm…
Odur ki, çox rica və arzu edərdim ki, TÜRK seçmənləri qalan bu 34-35 saat ərzində daha dərindən götür-qoy etsinlər və 24 haziranda daha doğru seçim etsinlər…
İnanıram və əminəm ki, belə də olacaq…
Tanrı TÜRKÜ, TÜRKİYƏMİZİ, AZƏRBAYCANIMIZI QORUSUN. AMİN!!!”
Etikxeber.az





