Azərbaycanlı tenor Çexiya Milli Teatrında çıxış edəcək

Yanvarın 30-da Praqadakı Çexiya Milli Teatrında Umberto Cordanonun “Andre Şenye” operası nümayiş etdiriləcək.

Etikxeber.az teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Andre Şenye obrazını azərbaycanlı tenor Yusif Eyvazov ifa edəcək. Teatrın səhnəsində, həmçinin fevralın 6-da və 8-də nümayiş etdiriləcək bu operada Yusif Eyvazov baş qəhrəmanın obrazını yaradacaq.

Çexiya Milli Teatrında nümayiş etdiriləcək “Andre Şenye” operası haqqında ətraflı məlumatı http://www.narodni-divadlo.cz/en/show/9388?t=2017-01-30-19-00 linkindən öyrənmək olar.

Qeyd edək ki, Əlcəzairdə dünyaya göz açmış Yusif Eyvazov Bakıda böyüyüb. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 1997-ci ildə İtaliyaya köçən musiqiçi Plasido Dominqo, Luçano Pavarotti, Maqda Olivero, Franko Korelli və Antonio Folyaninin ustad dərslərində iştirak edib.

Etikxeber.az

Read Previous

“Tokio-2020”-nin medalları qızıldan hazırlanacaq

Read Next

Həftədə 150 dəqiqə idmanla məşğul olmaq ölüm riskini üçdəbirə qədər azaldır?!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir