Azərbaycanlı yazıçının kitabı Misirdə ərəb dilində-NƏŞR EDİLDİ

Tanınmış yazıçı, psixoloq Rövşən Abdullaoğlunun psixoloji-detektiv janrda qələmə aldığı “Abaddon” romanı Misirdə “Jusur Publishing” nəşriyyatı tərəfindən ərəb dilində çap olunub.

Bu, R.Abdullaoğlunun ərəb dilində işıq üzü görən ilk kitabıdır.

Etikxeber.az xəbər verir ki, kitab ilk dəfə Qahirə Kitab Sərgisində oxucuların diqqətinə təqdim olunub.

“Abaddon” romanı Azərbaycanda 2018-ci ildə işıq üzü görüb və ilk nəşri cəmi 3-4 saata satılaraq bitib.

Bu vaxta kimi Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitab ABŞ-nin ˝Readers’ Favorite˝ beynəlxalq kitab müsabiqəsində münsiflərin rəyi əsasında maksimum bal toplayaraq “beş ulduz” fərqlənmə nişanı ilə təltif edilib.

Qeyd edək ki, müxtəlif janrlarda ümumilikdə 28 kitab müəllifi olan Rövşən Abdullaoğlu “PEN America” yazıçılar birliyinin üzvüdür. Ədibin bir neçə kitabı ingilis, rus və türk dillərinə tərcümə edilib.

İngilis dilinə tərcümə olunmuş əsərləri ABŞ-ın “IndieReader”, “Kirkus”, “Readers’ Favorite” və “Self-Publishing Review” kimi nüfuzlu ədəbi tənqid qurumlarından yüksək rəy alıb.

Azərbaycanda bir sıra dövlət qurumları tərəfindən mükafatlandırılan R.Abdullaoğlunun əsərlərinin motivləri əsasında bu yaxınlarda “Bu şəhərdə kimsə yoxdur” adlı serialın çəkilişlərinə də başlanılıb.

Etikxeber.az

Read Previous

Goranboylu Şəhid ailələri övladlarının orden və mənzil Haqqının tanınmasını istədi-ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT ETDİLƏR

Read Next

İki övladı Vətənə əmanət qalan, nəşi 4 ay 2 gündən sonra Əbədiyyətə uğurlanan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RAMİL BABAYEVİN ANIM GÜNÜDƏ MƏZARI ZİYARƏT OLUNACAQ, MƏRASİM DÜZƏNLƏNƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir