Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan növbəti konfrans Qusarda təşkil ediləcək

Aprelin 25-dən 29-dək Qusarda Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” müvafiq Sərəncamına əsasən “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda beşinci beynəlxalq elmi konfrans keçiriləcək.

Tarix İnstitutundan Etikxeber.az-a bildiriblər ki, konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi, bu ölkənin Azərbaycandakı səfirliyi və Qusar Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunacaq.

amea-11

Konfransda üç bölmə üzrə məruzələr dinləniləcək:

1. XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları – 1) 1905-1906-cı illərdə Azərbaycan xalqına qarşı kütləvi qırğınlar, 2) 1917-1920-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımları, 3) 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından – Ermənistan SSR-in ərazisindən deportasiyası, 4) 1988-1991-ci illərdə azərbaycanlıların öz tarixi torpaqlarından – Ermənistan Respublikasının ərazisindən deportasiyasının başa çatdırılması, 5)1991-1994-cü illərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, azərbaycanlılara qarşı soyqırımları və etnik təmizləmələr.

2. 1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları.

3. XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar.

Etikxeber.az

 

Read Previous

Azərbaycan dövləti heç bir zaman olmadığı qədər güclü, qüdrətli dövlətə çevrilib – DEPUTAT

Read Next

Göygöllə, Qobustanla bağlı ayrıca qanunlar olacaq – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir