“Azərenerji”-nin iddiası: Bayram günlərində faydalı iş əmsalı ikiqat artırılacaq

“Azərenerji” ASC bayram günlərində faydalı iş əmsalını ikiqat artıracaq.

Bu barədə Etikxeber.az-a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib. Qeyd edib ki, elektrik enerji sisteminin mövcud infrastrukturunun müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi nəticəsində sistemin dayanıqlığı daha da möhkəmlənib və situasiyalara hazırlıq səviyyəsi yüksəlib. İstər bayram günləri, istərsə də adi günlərdə enerjinin ötürülməsinin keyfiyyəti əhəmiyyətli dərəcədə gücləndirilib. Məhz bunun təzahürüdür ki, “Azərenerji” ASC respublikanın elektrik enerjisi təhlükəsizliyinin təmin edilməsi, ölkəmizin etibarlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunması vəzifəsinin öhdəsindən inamla gəlir.

“Azərenerji” stabil olaraq, bütün vaxtlara və şəraitə həmişə hazırdır. Mərkəzi Dispetçer İdarəsi rejimə uyğun işləyir. Hazırda qeyri-sabit hava şəraiti və temperaturun kəskin aşağı düşməsi ilə əlaqədar istehlakçıların artan tələbatı və ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, “Azərenerji” ASC-nin struktur vahidinə daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir və bütün imkanlar səfərbər edilib” – deyə, Y.Babanlı bildirib.

Qeyd edib ki, ASC-nin Enerjinin İstehsalı İdarəsi stansiyaların fəaliyyətinin daha da keyfiyyətli və dayanıqlı olmasını təmin etmək məqsədilə bütün müəssisələrində məsul növbətçilərin say tərkibini artırıb və qəza-bərpa briqadaları yaradılıb. Bununla yanaşı, ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsi tərəfindən elektrik verilişi xətləri və yarımstansiyaları növbədənkənar təftiş edilib. Bütün regional enerji şəbəkələri günün tələbinə uyğun iş rejiminə keçirilib. Eyni zamanda, növbətçi briqadaların sayı artırılıb və onlar müvafiq nəqliyyat vasitələri ilə təmin olunub.

Etikxeber.az

Read Previous

Ronaldo “Globe Soccer Awards” mükafatına layiq görüldü

Read Next

Neftin qiyməti yenidən bahalaşıb…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir