“Azəriqaz” bu dəfə Abşeronu qazsız qoyur…

Abşeron rayonunun bəzi ərazilərinin təbii qaz təchizatında məhdudiyyət olacaq.

azeriqaz-1

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a bildirilib ki, “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 27-28-ci kilometrlərarası dayaqlar üzərinə qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar aprelin 18-də saat 10:00-dan işlər yekunlaşdırılanadək diametri 530 millimetrlik “Qaradağ-Sumqayıt” magistral qaz kəmərindən qidalanan “Qobu”, “Müşfiqabad”, “Pirəkəşkül”, “Ceyranbatan” Qaz Paylayıcı Stansiyalarından və “Aşağı Güzdək” Qaz Tənzimləyici Məntəqəsindən qaz təchizatı dayandırılacaq. Təmir müddətində Abşeron rayonunun Qobu, Müşfiqabad, Pirəkəşkül, Aşağı Güzdək yaşayış sahələrində, eləcə də Ceyranbatan və Saray qəsəbələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin olunacaq. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Etikxeber.az

Read Previous

Konstitusiya Məhkəməsi nəticələri təsdiqlədi – SABAH İLHAM ƏLİYEVİN ANDİÇMƏ MƏRASİMİDİR – YENİLƏNİB – (2)

Read Next

“Sübh tezdən qəbul olunacaq qanunların ekoloji təmizliyi fərqli ola bilər” – DEPUTATDAN TƏKLİFLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir