“Azəriqaz” bu dəfə Sabunçu və Xəzəri qazsız qoyur…

Sabunçu və Xəzər rayonlarında qazın verilişində məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-dən Etikxeber.az-a verilən məlumata görə, sentyabrın 5-də səhər saat 10:00-dan etibarən orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonu, Sabunçu qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Bundan başqa ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı Xəzər rayonunun Şağan, Şüvəlan və Qala qəsəbələrində qazın verilişində qısamüddətli fasilələr yaranacaq.

Etikxeber.az

Read Previous

“Çelsi” icarəyə göndərdi, “Real” yollarını ayırdı…

Read Next

Ümumtəhsil müəssisələrində ümumilikdə 414 min 844 şagird təhsil alacaq – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir