“Azəriqaz” buna görə qeyri-iş günlərində də xidmət göstərəcək…

Bakı şəhərində mövcud qaz sayğaclarının kütləvi olaraq yeni nəsil smart-kart tipli sayğaclarla əvəzlənməsi səbəbindən “Azəriqaz” İstehsalat Birliyinin işçilərinin qeyri-iş günlərində xidmət göstərmələrinə zərurət yaranıb.

İstehsalat Birliyindən Etikxeber.az-a verilən məlumata görə, artan abonent müraciətlərini operativ cavablandırmaq üçün birliyin kadrlarının şənbə və bazar günləri işə çıxması təmin olunub.

Onlar növbəli qrafiklə bu gün və sabah həm “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında, həm də Maştağa, Xırdalan və Mərdəkan xidmət sahələrində əsasən yeni nəsil smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcəklər.

Etikxeber.az

Read Previous

“Qarabağ” cərimələndi – 20 MİN AVRO

Read Next

Türkyənin YAP-ı və ya Azərbaycanda ikinci hakim partiya yaranacaqmı? – MÖVQE

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir