“Azəriqaz”-ın məsuliyyətsizliyi üzündən dəm qazı Bakıda daha 3 can aldı…

Bakının Binəqədi rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb.
Binəqədi rayon Polis İdarəsindən Etikxeber.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsində yaşayan, 1981-ci il təvəllüdlü Gülnarə Əfqan qızı Kərimova və onun oğlu, 2008-ci il təvəllüdlü Murad İlyas oğlu Kərimov yaşadıqları evdə dəm qazından boğulub.
Digər hadisə isə rayonun Azadlıq prospekti ev  187, mənzil 40 ünvanında qeydə alınıb. Orada yaşayan, 1978-ci il təvəllüdlü İlqar Mustafayev dəm qazından boğularaq ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

MN: Düşmənin diversiya qrupu məhv edilib – VİDEO

Read Next

“Quş qripi”nə görə monitorinqə start veriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir