“Azəriqaz” indi də bu rayonu qazsız qoyur…

Paytaxtın Xətai rayonu ərazisində yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi ilə əlaqədar dekabrın 21-də saat 09.00-dan 18.00-dək Xətai rayonunun Sarayevo, Q.Nəbi, M.Rüstəmov, Cavanşir, Sadıqcan, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlınski küçələrində, Gəncə prospekti və Zığ yolu ətrafının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Xəzər rayonu Binə və Qala qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Bu barədə Etikxeber.az-a Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Etikxeber.az

Read Previous

Karlovun cənazəsini aparan təyyarə Moskvada endi

Read Next

Şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində dağıntı qeydə alınmayıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir