“Azəriqaz” ismayıllıları yenə qazsız qoydu…

İsmayıllı rayonu ərazisində aşkar olunan təbii qaz sızmalarının ləğvi və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bu gün saat 09:00-dan 18:00-dək rayon mərkəzi və 28 kənddə qaz təchizatı dayandırılıb.

Saat 10:00-dan isə qaz xətlərində müəyyən quraşdırma işləri, şəbəkəyə birləşdirmə və qaz sızmalarının aradan qaldırılması məqsədilə Göyçay rayonunda 19 yaşayış məntəqəsi, Şəmkirdə isə 1 qəsəbə və 7 kənddə qaz təchizatı dayandırılacaq.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Etikxeber.az

Read Previous

Bakının bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur – FOTO

Read Next

YAP-çı deputatdan Əli Əliyevə, Əli Kərimliyə, Leyla Yunusa… – SƏRT SÖZLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir