“Azərsu” rəsmisini oğlunun dostu arvadı ilə evlənmək istədiyinə görə güllələyib?! – Yeni təfərrüatlar – YENİLƏNİB

Ağdaş rayonunda vəzifəli şəxsi odlu silahla öldürən şəxs tutulub.

Etikxeber.az-ın xəbərinə görə, dekabrın 28-də saat 22:00 radələrində Ağdaş rayonundakı “Dəhnə” kafesində Ağdaş şəhər sakini, “Azərsu” ASC-nin “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi, 1978-ci il təvəllüdlü Babayev Elçin Niyazi oğlu ilə orada yeyib-içdiyi dostu, Ağdaş sakini, 1979-cu il təvəllüdlü İsmayılov Pərviz Əlövsət oğlu arasında insident olub. Pərviz İsmayılov tapançadan 3 dəfə atəş açaraq, şöbə rəisini öldürüb, özü isə silahını da alaraq, qaçıb.

Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları həmin silahlı şəxsin insanlar üçün təhlükəli olduğunu nəzərə alaraq dərhal gücləndirilmiş iş rejiminə keçib və onu qısa zamanda taparaq istintaqa təhvil veriblər.

Qeyd edək ki, Pərviz İsmayılov daha əvvəl bir qızı ov tüfəngi ilə qətlə yetirdiyi üçün 10 ildən çox məhkumluq həyatı yaşayıb. Onun Elçin Babayevi də qısqanclıq zəminində qətlə yetirdiyi bildirilir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Ötən gün Ağdaş rayonunda qətlə yetirilən “Azərsu” ASC-nin “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi vəzifəsində çalışan Elçin Babayevin öldürülməsinin səbəbləri məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E. Babayevin həyat yoldaşı vəfat etdiyinə görə o, ikinci dəfə ailə həyatı qurmaq istəyib. Ailə qurmaq istədiyi şəxs isə onu qətlə yetirən Pərviz İsmayılovun həyat yoldaşı olub.

Qeyd edək ki, Pərviz İsmayılovla həyat yoldaşı arasında dəfələrlə münaqişə olub. Sonuncu münaqişə zamanı isə həyat yoldaşı evdən gedib. Onların boşanma ərəfəsində olduğu bildirilir.

Etikxeber.az

Read Previous

Gəncədə quldurluq edən keçmiş məhkumlar həbs olundu

Read Next

MN cəbhədə baş vermiş toqquşma barədə məlumat yaydı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir