Azər Badamovla Aydın Mirzəzadə şəhid Çingiz Qurbanovun ailəsini ziyarət edib

“Bu gün həmkarım Aydın Mirzəzadə ilə birlikdə şəhid Çingiz Qurbanovun ailəsini ziyarət etdik. Vətən yolunda şəhidlik qəhrəmanlıqdır. Həm də böyüdüb boya-başa çatdırılmış gənci itirmək faciədir. Əsgərin ailəsinin dərdinə hər bir Azərbaycan vətəndaşı şərikdir və hamı Çingizin cənazəsini onun ailəsinə verilməsini istəyir”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov qeyd edib.

Onun qeyd etdiyinə görə, Çingizin ailəsinin və qohumlarının arzusu tezliklə şəhidin nəşini gətirib doğma torpağında dəfn etməkdir.

“Erməni cəlladları 26-cı gündür ki, əsgərimizin nəşini əsirlikdə saxlayır. Beynəlxalq normalara, konvensiyalara zidd və insanlığa xas olmayan belə vəhşiliyi ancaq erməni cəlladları edir.

Dövlətimiz çalışır ki, qısa bir zamanda Çingiz Qurbanovun nəşini təhvil alıb ailəsinə qaytarsın və o, doğma torpağında dəfn olunsun.

Allah rəhmət etsin!”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Ukraynanın Azərbaycan əsilli deputatı AŞPA-nın vitse-prezidenti seçildi

Read Next

Deputat şəhidin hərbçi qızının müdafiəsinə qalxdı və Zakir Həsənova çağırış etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir