Azərbaycan 44 günlük savaşda göstərdiyi kimi torpaqlarında “respublka-respublika” oyunu oynanılan dövlətlərdən deyil və olmayacaq-SAHİB ALIYEV YAZDI

Son bir həftədə Azərbaycan və Türkiyə hərbçiləri havada, quruda, suda intensiv təlimlər keçirirlər.

Hərbdən elə də çox anlayışı olmayanlar belə hiss edirlər ki, burada məqsəd təkcə cənab Prezidentin vurğuladığı kimi ordularımızın eyni standartlar üzrə formalaşdırılmasından ibarət deyil.

Bu, ehtiyac yarandıqda düşmənə qarşı həm də birgə hərəkət etmənin, bir yumruq olmanın təlimidir.

Və bu təlimlər geosiyasi alət gözündə görükləri Ermənistan üzərində qələbəmizi həzm etməyən, Türkiyənin regionda mövqelərinin güclənməsini istəməyən bütün güclər üçün göz dağıdır. Ona görə son zamanlar sosial şəbəkədə çirkab borusu funksiyasını yerinı yetirən akkauntlardan tutmuş, onların nisbətən sivil görkəmlilərinədək həmən güclərə bağlı bütün ünsürlər savaşqabağı olduğundan daha intensiv fəaliyyətədirlər.

Ötən ilin bu vaxtlarında Paşinyanın xanımının “sülh təşəbbüsü”nə qoşulanlar, savaşın Azərbaycan xalqının yox, Azərbaycan hakimiyyətinin marağında olduğunu deyənlər indi hər şeydən əlləri çıxan əclafların üz tutduğu son sığınacaqda yer alıblar. Olmayan vətənpərvərliklərindən dəm vurur, hakimiyyəti axıradək getməməkdə, Xankəndinin altını üstünə çevirmək əmri verməməkdə, guya Rusiya ilə birləşərək Türkiyəyə dirsək göstərməkdə suçlandırırlar.

Oysa cənab Ərdoğan belə öz çıxışlarında Azərbaycan ordusunun harda dayanmaq lazımdırsa, orada da dayandığını demişdi, həm də elə-belə yox, niyə sonadək gedilmədiyini anlamayanların anlamsı məqsədilə demişdi.Sözü gedən akkauntların ittihamları isə qanmazlıqlarından çox bağlı olduqları çevrələrin niyyətlərindən qaynaqlanır.

Yəni, həmin çevrələrin bir hissəsi istərdi ki, Azərbaycanla Türkiyə arasında böyük narazılıq olsun.

Digərlərinin məqsədi isə ölkəmizi Rusiya ilə Türkiyənin savaş meydançasına çevirib həm rəqib gözündə gördükləri bu iki böyük dövləti zəiflətmək, həm də bizi öz torpaqlarını bir də azad etmək haqda düşünməyəcək qədər rəzil duruma salmaq idi. Alınmadı, alınmır. Ona görə də zəncirdəkilərini yenidən açıb buraxıblar.

Onların cavabı isə Konyada, Bakıda, bir sıra poliqonlarımızda, ən əsası Laçında, fərqindəsinizmi LAÇINDA birgə keçirilən hərbi təlimlərdə sərgilənən qardaşlıq və yüksək peşəkarlıqla verilir.

Və fərqindəsinizmi ki, Azərbaycan, Türkiyə, Pakistan xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş – 2021” beynəlxalq təlimləri nə deməkdir?

O deməkdir ki, Qarabağda istədiklərini edəcəklərini, oranın bir hissəsini özləri üçün əbədi hərbi düşərgəyə çevirəcəklərini düşünənlər yanılırlar.

Azərbaycan 44 günlük savaşda göstərdiyi kimi torpaqlarında “respublka-respublika” oyunu oynanılan dövlətlərdən deyil və olmayacaq.

Sahib ALIYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

16-18 yaşlı yeniyetmələrə peyvənd vurdurmaq üçün valideynlərin razılığı tələb olunacaq-QƏRAR – YENİLƏNİB

Read Next

Anar Kərimovun birinci müavini-ELNUR ƏLİYEV OLDU – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir