“Azərbaycan ABŞ-a silah satır” – NAZİR

“Hazırda Müdafiə Sənayesi Nazirliyinin tərkibində hərbi zavodlar fəaliyyət göstərir. Bu zavodlarda bu günə qədər 1160 adda hərbi təyinatlı məhsul istehsal olunub”.

Etikxeber.az-ın məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Nazir qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi bir çox ölkələrə hərbi təyinatlı məhsullar satır. Bu ölkələr sırasında ABŞ, Cənubi Koreya və Afrika ölkələri var:

“Bu da onu göstərir ki, Azərbaycanın istehsal etdiyi hərbi təyinatlı məhsullar ən yüksək standartlara cavab verir”.

Y. Camalov həmçinin bildirib ki, hərbi təyinatlı məhsulların satışı ilə bağlı ümumi dəyəri 110 milyon dollar olan müqavilələr imzalanıb, bu müqavilələrin 61 milyon dollar dəyərində olan qismi icra olunmaqdadır.

Etikxeber.az

Read Previous

ABŞ Qarabağ münaqişəsinin həllini tapılmasına dəstəyini verə bilər – AMERİKALI GENERAL

Read Next

“Biznes Mərkəzində Rusiyaya çıxaracağımız məhsulların təşviqini planlaşdırırıq” – ƏLİ HƏSƏNOV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir