“Azərbaycan Avropanın orta çəkili dövlətləri- Portuqaliya, Çexiya, Xorvatiyadan belə öndədir…” – DEPUTAT – RƏYLƏR

Ölkəmiz haqda oxuduğum iki xəbər pafossuz deyirəm, məni xeyli qürürlandırdı. Birinci xəbərdə bildirilir ki, Amerikanın “U. S. News & World Report” jurnalında aralarında Azərbaycanın da yer aldığı dünyanın 80 ən nüfuzlu ölkəsinin reytinq cədvəli dərc edilib. Reytinqi BAV Group və Wharton School( Pensilvaniya Universiteti) tərtib edib. Azərbaycan orada 45-ci yerdədir. Onu da deyim ki, 80-dən biri olmaq özü belə uğurdur, çünki onlar 200-ə yaxın ölkənin içindən seçilmiş ən nüfuzlulardır. Baxın, bizim iki qonşumuz- Gürcüstanla Ermənistan heç bu cədvələ salınmayıblar da. Azərbaycan isə hətta Avropanın orta çəkili dövlətləri- Portuqaliya, Çexiya, Rumıniya, Xorvatiyadan belə öndədir.

Etikxeber.az xəbər verir ki. bunu millət vəkili, politoloq Sahib Alıyev qeyd edib.

Onun sözlərinə görə, oxuduğu digər  xəbərdə qeyd edilir ki, ölkəmiz adambaşına düşən qızıl-valyuta ehtiyatına(4,89 min dollar) görə MDB-də birinci yerdədir.

“Bu iki xəbərlə müəyyən dərəcədə bağlı olan daha iki xoş xəbərə də diqqətinizi çəkmək istərdim. Onlardan da biri budur ki, Almaniyanın hakim koalisiyasının Bundestaqdakı təmsilçisi Nİkolas Lobel verdiyi açıqlamada Dağlıq Qarabağda status-kvonun qorunub saxlanmasının yolverilməzliyini və onun Azərbaycan torpağı olduğunu vurğulayıb. İkincisi isə odur ki, müstəqillik əldə ediləndən indiyə kimi bizdə heç vaxt bu ilki qədər pambıq toplanmayıb- 293 min 880 ton.

Məncə, 1) cənab Lobelin bu açıqlaması həm də ölkəmizin nüfuzundan irəli gəlir, 2) pambıqçılıqdakı vəziyyət onu təsdiqləyir ki, Azərbaycan adambaşına düşən qızıl-valyuta ehtiyatına görə gələcəkdə də liderliyi qoruyub saxlayacaq və burada qeyri-neft sektoru da öz töhfəsini verməkdədir…”-deyə, millət vəkili əlavə edib.

Digər tanınmış politoloq Elxan Şahinoğlu isə bunları qeyd edib.

“Amerikanın məşhur “U.S.News” dərgisi 2019-cu il üçün dünyanın ən güclü dövlətlərinin reytinqini dərc edib. Reytinq hesablanarkən dövlətin hərbi və iqtisadi gücü, siyasi təsir imkanları, dünyada liderlik imkanları və beynəlxalq alyanslarda iştirakı hesablanıb. Birinci yerdə aydındır ki, Amerika Birləşmiş Ştatlarıdır, ikinci sırada Rusiya qərar tutub, üçüncüdə Çin, dördüncüdə Almaniya, beşincidə Fransa, altıncıda Yaponiya, yeddincidə İsrail gəlir. Türkiyə 16-cıdır. Azərbaycan 45-cidir. 80-cı sıraya kimi baxdım, Ermənistan hələ yox idi. Amerikanın məşhir dərgisinin hesablaması da göstərir ki, hərtərəfli gücə görə Ermənistandan xeyli üstünük, yerdə qalır həmin gücdən işğala son qoymaq üçün istifadəni sürətləndirmək…”

Etikxeber.az

Read Previous

YAP namizədlərini açıqlamağa hazırlaşır – BU HƏFTƏ

Read Next

“Yeni imtahan modeli: İslahatlar, nəticələr və gözləntilər” – ZAHİD ORUC İKİNCİ TƏDBİRİNİ KEÇİRƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir