Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3.3 milyon manat ayrıldı-SƏRƏNCAM

Prezident İlham Əliyev Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (33 km)–Pirəkəşkül avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən Bakı–Şamaxı–Yevlax (33 km)–Pirəkəşkül avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 3,3 milyon (üç milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Etikxeber.az

Read Previous

4 medallı Şəhid-MURAD QURBANOVUN MƏZARININ ZİYARƏTİ, XATİRƏ LÖVHƏSİNİN AÇILIŞI VƏ ANIM MƏRASİMİ-FOTOSESSİYA – YENİLƏNİB – (1)

Read Next

Anası tərəfindən təkbaşına böyüdülən, evin tək və nişanlı oğlu, 4 medallı-ŞƏHİD MURAD QURBANOVUN ANIM GÜNÜDÜR…-YENİLƏNİB – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir