Azərbaycan “Barış pınarı”na dəstək verdi – XİN BƏYANAT YAYDI

Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir.

Etikxeber.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında əksini tapıb.

“Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcəkdir”-deyə, bəyanatda qeyd olunur.

Etikxeber.az

Read Previous

“Çatışmazlıqlar vaxtında aradan qaldırılacaq…” – ZEYNAL NAĞDƏLİYEV

Read Next

1998-ci ilin seçkiləri – HEYDƏR ƏLİYEV, ETİBAR HÜSƏNLİ, NİZAMİ SÜLEYMANOV, XANHÜSEYN KAZIMLI VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir