Azərbaycan baş verən yanğınla əlaqədar İrana öz köməyini təklif edib – SƏFİR

Azərbaycan tərəfi  Tehranda binada baş verən yanğınla əlaqədar İrana öz köməyini təklif edib.
Etikxeber.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.
 
Onun sözlərinə görə,  Azərbaycan tərəfinin Tehrandakı uçqunla bağlı etdiyi təklifini İran rəsmilərinə  çatdırıb:
“Mən bu təklifi İran hökumətinə  çatdırdım”.
Səfir bu məsələdə göstərdiyi sayğı və diqqətə görə, Azərbaycan tərəfinə təşəkkür edib:
“Başda Azərbaycan prezidenti İlham Əliyev olmaqla, Azərbaycan tərəfinə təşəkkürümü bildirirəm. Həm keçmiş prezident Rəfsəncaninin ölümü ilə bağlı səfirliyə gələrək başsağlığı verib, həm də Tehrandakı hadisə ilə əlaqədar başsağlığı verərək kömək təklif edib. Biz Azərbaycanın bundan sonra da daha çox inkişaf etməsini istəyirik. İranla Azərbaycan arasında münasibətlər bundan sonra da inkişaf edəcək”. 
 Qeyd edək ki, ötən həftə Tehranda “Plasko” ticarət mərkəzinin binası yanğından sonra çöküb. Nəticədə onlarla adam ölüb. Həlak olanlardan 16-sı yanğınsöndürəndir, digərləri yerli sakinlərdir.
Etikxeber.az

Read Previous

SAT imtahanlarının nəticələri bu gün elan edilə bilər

Read Next

“O, doğrudur ki, yoldaşınızla tanış olduğunuz günün ildönümü münasibəti ilə ona 17 ədəd qızılgül bağışlayırsız?” – Gənc tələbədən deputata

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir