Azərbaycan digər dövlətlərin təyyarələrini yoxlayacaq?!

Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı digər dövlətlərə məxsus təyyarələrdə uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparmaq hüququna malik olacaq.

Etikxeber.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” qanuna əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Yeni layihəyə əsasən, bu cür yoxlamalar həmin hava gəmilərinin uçuş vaxtına riayət etməklə aparılmalıdır. Belə yoxlamaları həyata keçirən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların səlahiyyətini təsdiqləyən vəsiqə ilə təmin olunmalıdırlar.

Layihəyə görə, qəza halları istisna olmaqla, hava gəmisinin bortunda olan şəxslərin həyat və sağlamlığı üçün tibbi səbəblərdən təhlükə yarandığı hallarda və ya texniki nasazlıq səbəbindən Azərbaycanın hava məkanına daxil olan istənilən hava gəmisinin təcili enməsinə həmin hava gəmisinin gömrük nəzarətindən və bu qanunda nəzərdə tutulmuş digər nəzarətdən keçməsini təmin etmək üçün yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hava limanında yol verilir.

Dəyişikliklər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) təklifləri əsasında hazırlanıb.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Etikxeber.az

Read Previous

“Müflisləşmə və iflas haqqında” qanun publik hüquqi şəxslərə şamil edilməyəcək

Read Next

1 milyonluq rüsum…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir