“Azərbaycan Ermənistanın qanunsuz hərəkətlərinin qarşısını almaqla öz suveren ərazilərində qayda və nizamı bərqərar edir”-XİN-DƏN PAŞİNYANA CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Ermınistan Baş naziri Nikol Paşinyana cavab verib.

Etikxeber.az-ın verdiyi xəbərə görə, o, Nikol Paşinyanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ bölgəsində erməni silahlı dəstələrinin təxribatını təhrif etdiyini bildirib.

“Cənab Baş nazir Nikol Paşinyan, terrorizm hərbi personalın, silahların, minaların köçürülməsi və mülki əhalinin öldürülməsi yolu ilə suverenliyini və ərazi bütövlüyünü tanıdığınız Azərbaycana qarşı bədnam siyasətin və hərbi təcavüzün davamıdır”.

O, qeyd edib ki, Azərbaycan Ermənistanın bu cür qanunsuz hərəkətlərinin qarşısını almaqla öz suveren ərazilərində qayda və nizamı bərqərar edir.

Etikxeber.az

Read Previous

Həm bacısının, həm də qardaşının oğlu Onun adını daşıyır…3 medallı, subay, Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi-ADİL NAMİQ OĞLU HÜSEYNOV…-FOTOLAR – YENİLƏNİB

Read Next

“İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingenti yardım göstərməyib”-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir