“Azərbaycan faktoru Xocalı qatilinin KTMT baş katibi postunu tutmasına mane oldu”- Deputat

Bu günlərdə Azərbaycan və yaxın xaric mətbuatında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibinin Ermənistanın indiki müdafiə naziri, Xocalı soyqırımının əsas qatili Seyran Ohanyan olacağı bardə məlumat yayılmışdı. Elə indiki baş katib, Rusiya nümayəndəsi Nikolay Bordyuja da yeni baş katibin Ermənistandan olacağı barədə fikir bildirmişdi. O zaman bildirmişdim ki, bu elə Ermənistandan, Ohanyan ətrafından məqsədli surətdə yayılmış xəbər də ola bilər. Onun vəzifədən gedəcəyi barədə Yervanda artıq ciddi şəkildə danışmağa başalyıblar. Bu səbəbdən də bu xəbərin yayılması Xocalı qatilinin özünü Rusiyanın yadına salmağa, özünə isti bir yer ummağa da bənzəyir“.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, artıq bu gün mətbuatda Xocalı qatilinin KTMT baş katibliyinə təklif olsa da, razı olmayacağı barədə müsahibəsi çıxıb, yəni, onun bu mühüm postdan könüllü imtina etməsi variant inandırıcı görünmür. Millət vəkili hesab edir ki, burada Azərbayvan faktoru çox ciddi rol oynadı:

“Belə ki KTMT -nün üzvü olan Belorusun, Qazaxıstanın, Tacikistanın, Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər və Ohanyanın namizədliyinə razı olmaları Azərbaycanla münasibətlərin kəskinləşməsinə səbəb ola bilərdi. Həmçinin, Rusiyanın da bir Ohanyan məsələsinə görə Azərbaycan kimi mühüm bir müttəfiqi iləarasında narazılıq yaranmasına razı ola bilməzdi.

Beləliklə, Ermənistan növbəti dəfə Azərbaycan faktorunun ciddiliyini öz üzərində hiss etməli oldu və onun Azərbaycanın ərazi bütövlüyünü qəbul etməkdən başqa çıxış yolu yoxdur”.

Etikxeber.az

Read Previous

Bəs siz? – Qənirə Paşayevadan yeni yazı

Read Next

Bəsti Cəfərova professor diplomunu aldı- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir