Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü oldu – TBİLİSİDƏ – FOTO –

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşü başlayıb.

Etikxeber.az-ın məlumatına görə, görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimir Çaçibaya və Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Hulusi Akar iştirak edir.

Görüşdə üç ölkə arasında hərbi sahədə mövcud və gələcək əməkdaşlıq məsələləri müzakirə olunur.

Görüşün yekununa dair sənəd imzalanması nəzərdə tutulub.

***

Görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunub. Tərəflər üçtərəfli əməkdaşlığın regionda sabitliyə, xalqlarımızın sosial rifahının yaxşılaşmasına və inkişafa təkan verəcəyinə əminliklərini bildiriblər.

Silahlı Qüvvələrin rəhbərləri Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, Türkiyədə və dünyada baş verən proseslər ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunub, Dağlıq Qarabağ və Cənubi Osetiya problemlərinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi vurğulanıb.

Sonda görüşün yekunu olaraq birgə protokol imzalanıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.

Etikxeber.az

Read Previous

Çempionlar Liqasında qrup mərhələsinin III turuna start verilir – BU GÜN

Read Next

“Sarkisyan adətinə uyğun olaraq, əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır” – PA RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir