“Azərbaycan milli maraqların və sivil dünyanı təhdid edən terrorizmlə mübarizə işində ABŞ-la yaxından işbirliyinə malik olan dövlətlərdəndir”-MİLLƏT VƏKİLİ BAYDENİN TƏBRİKİNDƏN DANIŞDI

ABŞ Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə dövlətimizin başçısı İlham Əliyevə ünvanladığı təbrik məktubunda Birləşmiş Ştatların Azərbaycanla əməkdaşlığı bundan sonrakı dövrdə də davam etdirməyə sadiq olduğu ifadə edilir. ABŞ-ın yeni Administrasiyasının Azərbaycana olan etimadı ekspertlər tərəfindən yüksək qiymətləndirilir. ümumilikdə, Azərbaycanla ABŞ arasındakı münasibətləri xarakterizə edərkən, onlarla bağlı hər hansı bir təhlil apararkən çox aydın bir mənzərə qarşımıza çıxır:

Azərbaycanın xarici siyasət prioritetləri arasında müstəqillik dövrünü əhatə edən ötən 30 il ərzində ABŞ-la münasibətlər daim mühüm yer tutub. Bu münasibətlər həm ikitərəfli, eyni zamanda, çoxtərəfli əməkdaşlığın müxtəlif sferalarını əhatə etməklə deyərdim ki, hər iki dövlətin milli maraqlarına cavab verməkdədir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Ramin Məmmədov deyib.

Qeyd edib ki, ABŞ-la münasibətlərin normal səviyyəyə qaldırılması işində əlbəttə ki, ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar mühüm rol oynayıb.

Onun sözlərinə görə, bu, çox önəmli bir məqamdır. Digər tərəfdən, ölkəmizin Avropanın enerji təchizatı sahəsində mühüm rolu da Azərbaycan- ABŞ münasibətlərini dərinləşdirən faktorlarından biridir.

“Digər bir məsələ – ölkələr arasında münasibətlərin mühüm istiqamətlərindən biri isə qlobal təhlükəsizlik və beynəlxalq terrorizmə qarşı mübarizədir. Məlumdur ki, Azərbaycan milli maraqların və bütün sivil dünyanı təhdid edən terrorizmlə mübarizə işində ABŞ-la yaxından işbirliyinə malik olan dövlətlərdən biridir. Bu əməkdaşlıq hazırda da davam etdirilməkdədir. Ümumilikdə, əgər münasibətlərə sadəcə olaraq regional əməkdaşlıq deyil, qlobal əməkdaşlıq kontekstində baxdıqda aydın şəkildə görünür ki, Azərbaycanın bu illər ərzində həyata keçirdiyi davamlı və kifayət qədər çevik, dinamik xarici siyasəti nəticəsində etibarlı tərəfdaş olması, gündən-günə daha da güclənməsi, daxili və xarici siyasətinin daim qlobal çağırışların tələbləri çərçivəsində yeni meyarlarla zənginləşdirilməsi istiqamətindəki səyləri ABŞ tərəfindən də birmənalı şəkildə müsbət qarşılanır. həmçinin Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti kimi regionu qarşıdurma deyil, tam tərsinə, yəni əməkdaşlıq məkanına çevirmək istiqamətində atdığı mühüm hərbi-siyasi addımlar ABŞ tərəfindən də təqdir olunur, bu dövlətin diqqətindən qaçmır.

Bu reallığı müxtəlif dövrlərdə ifadə edən ABŞ-ın dövlət xadimləri, siyasətçiləri və ekspertləri Azərbaycanın Amerika, hətta inkişaf etmiş Avropa dövlətləri üçün güclü bir müttəfiq olduğunu qeyd edirlər. Bu kontekstdə də düşünürəm ki, ABŞ prezidenti Co Baydenin dövlətimizin başçısı İlham Əliyevə göndərdiyi təbrik məktubu məhz bu prizmadan səciyyələndirilməlidir, qiymətləndirilməlidir. Bu, bir daha onu göstərir ki, istənilən administrasiya Azərbaycanı bölgədə dayanıqlı və davamlı inkişafda olan tərəfdaş kimi qəbul edir. ABŞ rəsmiləri bu tərəfdaşlıqdan irəli gələn məsələləri həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə müzakirə etməyə hazır olduqlarını açıq şəkildə bəyan edirlər”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

“Biz də kənarda qalmayacağıq…”-DEPUTAT BİLƏSUVARIN MƏKTƏB PROBLEMİNİ QABARTDI – FOTOLAR

Read Next

Daha 879 yeni yoluxma-DAHA 11 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir