“Azərbaycan millisi məğlub olmağı sevməyən futzal millisidir”- Fabio Sesilio

Kolumbiyada davam edən futzal üzrə Dünya Çempionatının dörddəbir final mərhələsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Portuqaliya yığmasının üzvü Fabio Sesilio ölkəsinin mətbuatına qarşılaşma ilə bağlı açıqlama verib.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, yığmamız haqqında fikirlərini bölüşən F.Sesilio Azərbaycan millisinin çətin rəqib olduğunu deyib.

Portuqaliya millisinin oyunçusu Azərbaycan futzal millisini çox güclü və məğlub olmağı sevməyən komanda kimi xarakterizə edib. Hazırlaşmaq üçün daha iki gün vaxt olduğunu qeyd edən F.Sesilio qələbəyə ümid etdiklərini bildirib.

Xatırladaq ki, Azərbaycan-Portuqaliya futzal qarşılaşması sentyabrın 26-da keçiriləcək.

Etikxeber.az

Read Previous

“Kişi qadının ağlına, qadınsa kişinin səfehliyinə göz yumanda ailədə “anlaşma” yaranır”- YAZIÇI

Read Next

Referendumla bağlı təşviqat kampaniyası başa çatdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir