Azərbaycan millisinin Millətlər Liqasındakı oyunlarının təqvimi-MƏLUM OLDU

Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunların tam təqvimi dəqiqləşib.

Etikxeber.az xəbər verir ki, C liqasının 3-cü qrupunda mübarizə aparacaq Canni de Byazinin yetirmələrinin iyunun 3-də və sentyabrın 25-dəki matçlarında üz-üzə gələcəyi komanda bəlli olub.

Millimiz ilk və son qarşılaşmalarını Qazaxıstana qarşı keçirəcək.

Bu, C liqasındakı qalmaq uğrunda pley-offdan sonra müəyyənləşib.

Moldova səddini keçən qazaxıstanlılar yayda millimizi qəbul edəcək, payızda Bakının qonağı olacaq.

Millətlər Liqası
C liqası, 3-cü qrup

3 iyun 2022. Qazaxıstan – Azərbaycan
6 iyun 2022. Belarus – Azərbaycan
10 iyun 2022. Azərbaycan – Slovakiya

13 iyun 2022. Azərbaycan – Belarus
22 sentyabr 2022. Slovakiya – Azərbaycan
25 sentyabr 2022. Azərbaycan – Qazaxıstan

Etikxeber.az

Read Previous

Zelenski bu dəfə Avstraliya parlamentində-ÇIXIŞ EDƏCƏK…

Read Next

62 yeni yoluxma-4 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir