Azərbaycan-Norveç: 1-0 – Millimiz qrup lideri oldu – FOTOLAR – YENİLƏNİB

Futbol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Azərbaycan və Norveç milli komandaları qarşılaşır.

Etikxeber.az xəbər verir ki, Azərbaycan millisinin start heyətində Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Maqomed Mirzabekov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Ruslan Qurbanov, Dmitri Nazarov və Ağabala Ramazanov meydana çıxıblar.

Norveçin ilk on birliyində isə Rune Yarsteyn, Yunas Svensson, Even Havlann, Stefan Strannberq, Haytam Alisami, Per-Silyan Şelbred, Ole-Kristian Selnes, Pol-Andre Hellann, Markus Henriksen, Adama Domande və Coşua Kinq yer alıblar.

Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Liran Lianidir. Ona həmyerliləri Nissan Davidi və David Elias Biton kömək edirlər. Dördüncü hakim funksiyasını Eitan Şmuelevitz yerinə yetirir.

Matçın UEFA nümayəndəsi Çarles Şaack (Lüksemburq), hakim-inspektoru isə Erol Ersoydur (Türkiyə).

Qeyd edək ki, millimiz seçmə mərhələ çərçivəsində ilk oyununda səfərdə San-Marino yığması ilə qarşılaşıb və komandamız görüşdən minimal hesablı üstünlüklə ayrılıb – 1:0.

***

Matçın 11-ci dəqiqəsində milli komandamızın yerinə yetirdiyi cərimə zərbəsindən sonra başlatdığı çoxgedişli kombinasiyasını dəqiq zərbə ilə tamamlayan Maksim Medvedev millimizi hesabda önə çıxarıb -1:0.

***

Görüşün ikinci hissəsinə də fəal başlayan millimiz rəqib qapısı qarşısında təhlükəli məqamlar yaratsa, top qapıdan keçməyib.

Beləliklə, görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamız növbəti oyununu oktyabrın 11-də səfərdə Çexiya yığmasına qarşı keçirəcək.

Milli komandamız seçmə mərhələdə ilk görüşündə San Marino yığması ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

aznor

az-nor

Etikxeber.az

Read Previous

Aktyor qardaşlara ağır itki – Kiçik qardaş dünyasını dəyişdi – FOTOLAR

Read Next

“Exit-poll”un nəticələri açıqlandı – GÜRCÜSTANda

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir