“Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin dəqiqləşdirilməsi prosesini davam etdirir-MÜDAFİƏ NAZİRLİYİ

Ermənilərin informasiya təxribatı davam edir.

Bu barədə Etikxeber.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.

“Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir“-deyə, məlumatda qeyd olunur.

Etikxeber.az

Read Previous

Narkokuryerin çantasında 16 kq narkotik aşkarlandı-BİLƏSUVARDA

Read Next

Nəşi 3 ay 17 gündən sonra tapılan, bir qız atası olan-ŞƏHİD NOVRUZ HAQVERDİYEVİN BU GÜN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜDÜR, ONUN 26 YAŞI TAMAM OLUR… – YENİLƏNİB – (2) FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir