Azərbaycan Ordusunun zabiti tabel silahı ilə-ÖZÜNÜ GÜLLƏLƏDİ – CİNAYƏT İŞİ BAŞLANDI – YENİLƏNİB

Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM (Makarov tapançası) markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

10:44

***

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlunun iyunun 12-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə həmin gün Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən mətbuata bildirilib ki, daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Etikxeber.az

Read Previous

“Problemi yaradan qurum qalır kənarda, günahkar parlament olur…”-BƏHRUZ MƏHƏRRƏMOV BƏZİ İRADLARLA RAZILAŞMIR

Read Next

Taliban məğlubiyyət əvəzinə gücləndi və Əfqanıstana ABŞ-ın əsas rəqibi Çini dəvət etmək üzrədir…-BAXIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir