Azərbaycan-Portuqaliya oyunu-0:3 – YENİLƏNİB – (5)

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununa çıxıb.

Etikxeber.az xəbər verir ki, millimiz A qrupundakı beşinci oyununda Portuqaliya yığmasını qəbul edir.

Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada Azərbaycan millisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Höccət Haqverdi, Namik Ələskərov, Emin Mahmudov, Mahir Emreli, Abbas Hüseynov, Elvin Bədəlov, Təmkin Xəlilzadə Filip Ozobiç yer alıblar.

Portuqaliya seçməsinin heyətində isə meydana Ruy Patrisiu, Pepe, Ruben Diaş, Rafael Gerreyro, Joau Palinya, Joau Moutinyu, Andre Silva, Bernardu Silva, Brunu Fernandeş, Joau Kanselu Dioqu Jota çıxıblar.

Görüşü italiyalı FIFA referisi Marko Quida idarə edir. Ona yan xətt hakimləri Filippo Meli və Alessandro Kostanzo köməklik göstərirlər. Dördüncü hakim funksiyasını isə Fabio Mareska yerinə yetirir.

Qeyd edək ki, millimiz seçmə mərhələyə Portuqaliya ilə səfər matçı ilə start verib və 0:1 hesabı ilə uduzub.

20:13

***

Oyunda hesab açılıb.

Portuqaliya yığması 1:0 önə keçib.

20:27

***

Oyunda hesab yenidən dəyişib.

Portuqaliya yığması daha bir qol vurub və hesab 2:0 olub.

20:31

***

Birinci hissə başa çatıb.

Hesab 2:0 Portuqaliya yığmasının xeyrinə olub.

20:47

***

Oyunun ikinci hissəsi başlayıb.

Hesab 2:0 qonaqların xeyrinədir.

21:07

***

Qonaqlar hesabı yenidən artırıblar.

Hesab 3:0 Portuqaliya yığmasının xeyrinə olub.

21:34

***

Oyun başa çatıb.

Qonaqlar 3:0 hesabı ilə qalib gəliblər.

Etikxeber.az

Read Previous

Daha 2447 yeni yoluxma-DAHA 41 ÖLÜM…

Read Next

4 medallı Şəhid Aqil Mirzəliyevin ailəsi-BAKIDA MƏNZİLLƏ TƏMİN OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir