Azərbaycan – Rusiya əlaqələrində yeni əhəmiyyətli mərhələ-JALƏ ƏLİYEVANIN BAXIŞI

Azərbaycan və Rusiya dövlət başçılarının ötən gün Moskvada imzaladıqları 43 bənddən ibarət olan müttəfiqlik Bəyannaməsi Vətən müharibəsindən sonra regionumuzda formalaşmış yeni durum və hazırda dünyada mövcud olan reallıqlar baxımından böyük siyasi, diplomatik əhəmiyyət daşıyır.

Bir il ərzində ölkəmizin, yerləşdiyi Avrasiya regionunun iki aparıcı dövləti olan Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi və dünən Rusiya ilə imzaladığı Moskva Bəyannaməsi dövlətimizin sözün əsil mənasında böyük diplomatik uğuru və təhlükəsizliyinin qarantı kimi qəbul edilməlidir

. Bu Bəyannamə Azərbaycanın həm ölkə, həm də xalq olaraq inkişafı, təhlükəsiz və sabit gələcəyi naminə atılmış güclü bir özüldür.

Rusiya Federasiyası ilə müttəfiqlik əlaqələrinin qurulması yeni çağırışlar kontekstində strateji zərurətə çevrilmişdi. Azərbaycan 30 ildən sonra öz ərazi bütövlüyünü bərpa edərək hələ də regionda və bütövlükdə dünyada yeni reallıqlar yaradıb. Və bu müstəvidə milli təhlükəsizlik problemləri getdikcə daha böyük aktuallıq qazanır. Azərbaycan qardaş Türkiyə ilə Şuşa bəyannaməsini imzalamaqla qərb istiqamətində bu məsələni etibarlı şəkildə həll etdi.

Ölkənin milli təhlükəsizliyinin digər əhəmiyyətli və strateji istiqaməti isə Rusiya Federasiyası ilə müttəfiqlik əlqələrinin qurulmasını bir zərurətə çevirən şimal istiqamətidir. İmzalanan Bəyannamə hər iki dövlətin milli maraqları baxımından olduqca aktualdır. 43 maddədən ibarət olan və hərbi-siyasi və sosial iqtisadi, humanitar sahələri nəzərdə tutan belə bir mühüm sənədin imzalanması Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni bir mərhələyə qaldıracaq.

Bu müttəfiqlik yeni dünya kontekstində Azərbacanı öz müttəfiqləri ilə birlikdə güc mərkəzlərindən birinə çevirəcək və uzunmüddətli sülhə gətirib çıxaracaq. Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur.

Şuşa bəyannaməsində olduğu kimi, Moskva bəyannaməsi də Azərbaycanın müstəqilliyinə, suverenliyinə təhlükəsizliyinə növbəti dəstəkdir.

Bununla da Azərbaycan postsovet məkanında bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanan yeganə ölkəyə çevrilir.

Əminik ki, bu bəyannamə Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcına çevrilməklə, Azərbaycan ilə Rusiya arasındakı tərəfdaşlığı qarşılıqlı müttəfiqlik səviyyəsinə qaldıracaq.

Jalə ƏLİYEVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini

Etikxeber.az

Read Previous

Düşmən Ordumuzun mövqelərini yenidən-ATƏŞƏ TUTDU…

Read Next

“Türkmənçay müqaviləsindən 200 il sonra həmin gündə Azərbaycanın milli maraqlarına uyğun müqavilə imzalanması tarixi nailiyyətdir”-MƏLAHƏT İBRAHİMQIZI YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir