Azərbaycan səfiri Türkiyədə akkreditə olunmuş diplomatik korpusun duayeni olaraq səlahiyyətlərinin icrasına başladı

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov noyabrın Türkiyədə akkreditə olunmuş diplomatik korpusun duayeni kimi səlahiyyətlərinin icrasına başlayıb.

Etikxeber.az  xəbər verir ki, duayen akkreditə olunduğu ölkənin hökuməti ilə həmin ölkədəki diplomatik korpus arasında qəbul edilmiş rəsmi vasitəçidir.

1961-ci il Vyana Konvensiyasına əsasən, qəbul edən dövlətdə fəaliyyət göstərən, etimadnaməsini birinci təqdim edən diplomatik nümayəndəlik rəhbəri diplomatik korpusun duayeni təyin olunur.

Diplomatik korpusun duayeni həmkarlarına, xüsusilə də yeni gələn səfirlərə yerli protokol, etiket, fəaliyyət və akkreditə olunan ölkənin hakimiyyət orqanları ilə qarşılıqlı münasibətlər məsələləri üzrə məsləhətlər verir.

Etikxeber.az 

Read Previous

Düşmən sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub

Read Next

11 piyada keçidi tikilir, 9-nun tikintisi isə nəzərdə tutulur

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir