Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür – BU GÜN

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

Etikxeber.az məlumat verir ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.

Sabiq prezident Heydər Əliyevin 22 may 1998-ci il sərəncamına əsasən əlahiddə Azərbaycan korpusunun yarandığı gün-26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü elan edilib və bu tarix həmin vaxtdan rəsmi dövlət bayramı kimi qeyd olunur.

Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

Azərbaycan Silahlı Qüvvələrinin 101 illik yubileyi ilə əlaqədar ölkədə və xaricdə müxtəlif tədbirlər keçirilir.

paradddddd-7

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil – KAMİLƏ ƏLİYEVA

Read Next

“Coğrafi məkan və milliyyətindən asılı olmayaraq, qadınlar özlərinə inanmalıdır” – SEVİNC FƏTƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir