“Azərbaycan-Türkiyə birliyi, qardaşlığı daim zəfər çalacaq, kimsə birliyimizi, həmrəylimizi poza, sarsıda bilməyəcək”-MM-İN KOMİTƏ SƏDRİ ƏRDOĞANIN AZƏRBAYCANA, ŞUŞAYA GÖZLƏNİLƏN SƏFƏRİNDƏN DANIŞDI

Tahir RZAYEV: “Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iyunun 16-sında qardaş Azərbaycana, ölkəmizə, xüsusilə, Qarabağımızın göz bəbəyi olan Şuşaya səfəri qardaşlığımızın və dostluğumuzun növbəti bəyanı, növbəti təntənəsi olacaq. Dostlar sevinəcək, düşmənlər bir daha kor və məyus olacaqlar”

Xalqları, insanları bir-biri ilə ali məqsədlər, oxşar adət-ənənələr, sevgi, qarşılıqlı hörmət və məhəbbət birləşdirib, qardaşlaşdırıb. Azərbaycan-Türkiyə birliyi, qardaşlığı da tarixi köklər, nəcib istəklər üzərində formalaşıb, çətin sınaqlardan çıxıb, bir millət iki dövlət olan xalqlarımızı möhkəm, qırılmaz tellərlə bir-birinə bağlayıb.

Etikxeber.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, ölkələrimiz arasında bu qardaşlıq və dostluğu heç bir qüvvənin sarsılda bilməyəcəyi bütün dünyaya məlumdur.

“Hər iki dövlət haqqın-ədalətin yolundadır. Qardaşlıq münasibətləri, iqtisadi əlaqələr, əməkdaşlığın istiqamətləri yalnız iki ölkənin inkişafına, təhlükəsizliyinə, xalqların xoşbəxtliyinə deyil, dünyada sülhün, əmin-amanlığın bərqərar edilməsinə, bəşəriyyətin azad, firavan yaşamasına yönəldilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu birgə səylərə böyük önəm verir, “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir”, söyləməklə xeyirxah, nəcib əməllərin davam etdiriləcəyinə, dövlətlərimizin suverenliyinə, müstəqilliyinə təhlükə törədən qüvvələrə qarşı birgə mübarizə aparılacağına əminliyini bildirir”-deyən komitə sədrinin sözlərinə görə, bu, şübhəsizdir ki, 44 günlük müharibə hər iki dövlətin birliyini, sarsılmazlığını bir daha dünyaya nümayiş etdirdi.

“Göstərdi ki, haqq-ədalət uğrunda mübarizə aparanlar qalib, təcavüzkarlar, zalımlar isə məğlub və ölümə məhkumdurlar. Bu müharibə ədalətin, qardaşlığın təntənəsi olmaqla bərabər, həm də faşist Ermənistanın, nasizmə dəstək verən dövlətlərin də iç üzünü açdı, onların mənfur niyyətlərini ortaya qoydu, demokratiya pərdəsi altında dünyaya meydan oxuyanların məqsədlərini puç etdi. Sözsüz ki, bundan sonra da belə olacaq. Azərbaycan-Türkiyə birliyi, qardaşlığı daim zəfər çalacaq. Eyni zamanda, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iyunun 16-sında qardaş Azərbaycana, ölkəmizə, xüsusilə, Qarabağımızın göz bəbəyi olan Şuşaya səfəri qardaşlığımızın və dostluğumuzun növbəti bəyanı, növbəti təntənəsi olacaq. Dostlar sevinəcək, düşmənlər bir daha kor və məyus olacaqlar. Dünya bir daha görəcək və şahid olacaq ki, əsl dostluq və qardaşlıq necə olur. Biz birik, birlikdə güclüyük, birlikdə güclü olacaq və birlikdə də hələ çox Zəfərlərə, Qələbələrə imza atacağıq. Hər kəs də buna əmin olsun!”– deyə, T. Rzayev mətbuata açıqlamasında bildirib.

Etikxeber.az

Read Previous

Evin tək oğlu..3 övlad atası…32 yaşında Şəhid olan Nofəl Nuriyevin torpağa tapşırılmasından-8 AY KEÇİR…

Read Next

Bakı Şəhər və rayonların İcra Hakimiyyətlərindən paytaxt sakinlərinə-MÜRACİƏT – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir