Azərbaycan-Türkiyə konfederasiyası ilə bağlı müzakirələr başlayacaqmı?-POLİTOLOQ İNDİKİ DÖNƏMDƏ BUNU VACİB HESAB EDİR

Azərbaycan hakimiyyəti Qazaxıstandakı olaylarda Rusiyanın artan fəallığından narahatdır. Rusiya 2008-c ildə Gürcüstanı parçaladı, 2014-cü ildə Ukraynanı parçaladı, Qazaxıstanı da eyni tale gözləyirmi? Bu sual Azərbaycan hakimiyyəti ilə yanaşı Azərbaycan cəmiyyətini də ciddi narahat edir.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu vəziyyətdə Azərbaycan-Türkiyə siyasi və hərbi ittifaqının gücləndirilməsinin aktuallığı artır.

“Bu sıraya Türkiyənin Azərbaycanda hərbi bazalarının yerləşdirilməsindən tutmuş iki qardaş ölkə arasında konfederasiya müzakirələrinin başlamasına qədər bəndlər yer almalıdır. Başqa alternativimiz yoxdur. SSRİ-nin xisləti ilə yaşayan Kreml sahibi qonşu dövlətləri bərabər hüquqlu tərəfdaş kimi deyil, Rusiya imperiyasının qalıqları hesab edir. Ona görə də, Azərbaycan Prezident Administrasiyasının növbəti tezisləri “Azərbaycan-Türkiyə hərbi ittifaqının genişlənməsinə ehtiyac varmı?” və “Şuşa bəyannaməsinin bəndlərinin yerinə yetirilməsi üçün hansı addımlar atılmalıdır” kimi suallar ətrafında olmalıdır”-deyə, o, qeyd edib.

Etikxeber.az

Read Previous

Yanvarın 10-u Qazaxıstanda matəm günü-ELAN EDİLDİ

Read Next

Hava buludlu olacaq, arabir tutulacaq…-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir