Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyi qarşısıalınmaz bir prosesdir, kimsə də buna mane, əngəl ola bilməyəcək-ELDAR İBRAHİMOV ŞUŞA VƏ BAKI BƏYANNAMƏLƏRİNDƏN YAZDI

44 günlük tarixi İkinci Vətən Müharibəsindən, müqəddəs  Qələbə və Zəfərimizdən sonra bütün sahələrdə, xüsusilə, siyasi və diplomatik müstəvilərdə uğurlarımızın, nailiyyətlərimizin ardı kəsilmir, hər an davamı gəlir.

Hər gün demək olar ki, növbəti uğurların, növbəti nailiyyətlətrin, tarixi anların şahidi və iştirakçısı oluruq.

Bu uğurların, bu tarixi nailiyyətlərin də əsas müəllifi, başlıca memarı Qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanı-ölkə Prezidenti cənab İlham Əliyevdir.

Məhz onun son dərəcədə uğurlu, uzaqgörən, müdrik daxili və xarici siyasət kursu nəticəsində Azərbaycan bu uğurlara, nailiyyətlərə, parlaq Qələbə və Zəfərlərə imza atıb və atmaqdadır.

Son günlərimizin, son bir ay yarımın ən böyük uğurlarından biri  və birincisi də heç şübhəsiz ki, hər zaman yanımızda olan, hər zaman açıq dəstəyini ifadə edən qardaş və dost Türkiyənin müdrik Lideri cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, ilk xarici dövlət rəhbəri olaraq, işğaldan azad olunmuş torpaqlarımıza, Qarabağımza, Şuşamıza tarixi səfəri, iyunun 15-ində Şuşada imzalanan “Müttəfiqlik haqqında” Şuşa bəyannaməsidir.

Bu bəyannamə artıq müstəqillliyinin 30-cu ilini Qalib xalq, Qalib dövlət olaraq qeyd etməyə hazırlaşdığımız Azərbaycanın ötən illərdəki uğurlarının, naliyyətlərinin ən önəmlilərindən, ən əhəmiyyətlilərindəndir.

Bu bəyannamə tam məsuliyyətimlə deyərdim ki, ikinci müstəqlliyimiz  qədər bizə əziz və doğmadır.

Bu bəyannamə ilə tarixən, ruhən, mənən bir-birinə qırılmaz və sıx tellərlə bağlı olan “İki dövlət-tək millət” yenidən və bir daha bir-birinə bağlanmış, bir-birinə yaxınlaşmış, vahid, tək yumruq oldu.

Bütün dünya bir daha Azərbaycanla Türkiyənin qardaşlıq və dostluğunun sözdə deyil, əməldə, işdə olduğuna şahidlik etdi və bu iki dövlət arasına girməyin mümkün olmadığını özü üçün yəqin etdi.

Bəli, bu tarixi hadisənin, uğurun davamı mütləq gəlməliydi və gəldi də.

Belə ki, cəmi bir neçə gün öncə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Milli Məclisin əsas iclas zalında baş tutan tarixi görüşündə Bakı Bəyannaməsi imzalandı və bir daha dünyaya mesaj verilmiş oldu ki, istər Azərbaycan, istər qardaş Türkiyə, istərsə hər zaman yanımızda olan qardaş Pakistan bu günə kimi bütün məqamlarda, bütün məsələlərdə bir, həmrəy olduğu kimi, bundan sonra da bir, həmrəy olacaqlar.

Xüsusilə də, parlamentlərası əməkdaşlıqda, parlament diplomatiyasında hər zaman eyni mövqedən çıxış ediləcək,  daim həmrəylik nümayiş etdiriləcək.

Bakı Bəyannaməsində də qeyd olunduğu kimi, Azərbaycan, Pakistan və Türkiyənin qardaş xalqlarını daha da yaxınlaşdırmaq üçün həm ikili, həm də çoxtərəfli səviyyələrdə parlamentlərararası dialoq və əməkdaşlığı inkişaf etdirməyə yönəlik qərarlılıqlarını bəyan etdilər.

Həmçinin, mövcud əlaqələri gücləndirmək və daimi komitələrin, dostluq qruplarının və parlamentlərin işçi heyətlərinin əlaqələrini təşviq etmək məsələsində qərarlılıqlarını təyin etdilər. Beynəlxalq problemlərin həllində və dünyada barış və təhlükəsizliyin möhkəmləndirilməsində ikitərəfli və çoxtərəfli parlamentlər əlaqələrinin rolunu vurğuladılar. Konstruktiv bir dialoq və əməkdaşlıq üçün uğurlu bir platforma təqdim etmək səylərində beynəlxalq təşkilatları, xüsusən də parlament assambleyalarında dəstəklədiklərini ifadə etdilər.Qarşılıqlı mənfəətlərin olduğu bölgə və qlobal məsələlərdə yaxın çalışmağa hazır olduqlarını və beynəlxalq qarşılıqlı mənfəətlərin ön plana çıxdığı regional və qlobal məsələlərdə yaxından fəaliyyət göstərməyə hazır olduqlarını və beynəlxalq parlament strukturlarında üç qardaq ölkə olaraq ortaq bir mövqe sərgiləməyə çalışacaqlarını ifadə etdilər. Bölgə və beynəlxalq parlament platformalarında islamafobiya, ayrı-seçkilik və müsəlman azlıqlara yönəlik təzyiqlərə qarşı mübarizə məsələsində ortaq səyləri koordinasiya etməyi qərara aldılar və sair.

Bəli, bunlar olduqca vacib və mühüm məqamlar, hədəflərdir. Bu hədəflərə  çatılmasında da heç bir maneə və çətinliyin olmayacağı qənaətindəyim. Bu, şəxsən mənim birmənalı mövqeyimdir.

Çünki digər sahələrdə, məsələlərdə olduğu kimi, parlamentlərarası əməkdaşlıqda, parlament diplomatiyasında da böyük və uzun məsafə qət edilib, mühüm uğurlara imza atılıb. Mən özüm də uzun illər Milli Məclisin Azərbaycan-Pakistan parlamentlərarası Dostluq Qrupunun rəhbəri olmuşam, bu ölkəyə dəfələrlə səfərlər etmişəm və hər zaman qardaş və dost Pakistan xalqından Azərbaycan qarşı sevgi, hörmət görmüşəm. Heç təsadüfi deyil ki, dünyada üç ölkədən (Türkiyə və Özbəkistanla birlikdə) biridir ki, Pakistan Ermənistanla bugünədək heç bir siyasi və diplomatik münasibətlər qurmayıb.

Həm də Xocalı qətliamını soyqırımı aktı kimi tanıyan ilk ölkələrdən, ilk palamentlərdən biri məhz qardaş Pakistan və Pakinstan ali qanunverici orqanıdır. Odur ki, Bakı bəyannaməsinin ruhuna uyğun olaraq, 3 ölkənin parlamentinin, parlamentarilərinin qarşıdakı hədəflərə çatacağı da birmənalı və şübhəsizdir. Buna kimsənin şübhəsi ola bilməz.

Bakı Bəyannaməsinin imzalanmasına görə də Milli Məclisimizin hörmətli sədri xanım Sahibə Qafarovaya, o cümlədən, Türkiyə Böyük Millət Məclisinin sədri cənab Mustafa Şentopa və Pakistan Milli Assambleyasının rəhbəri cənab  Əsəd Qeysərə dərin minnətdarlığmı bildirirəm. Sahibə xanım Qafarovanın da imzalanma mərasimində dediyi kimi, bu sənəd ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Bakı Bəyannaməsindən sonra daha bir uğurlu addım qardaş və dost ölkələrinin parlament sədrlərinin Sahibə xanım Qafarovanın başçılığı ilə işğldan azad olunmuş Qarabağımıza, Füzuli və Şuşamıza səfərləri oldu.

Bu, həm də Qarabağımıza, Şuşamıza ilk dəfə ayaq basan parlament sədrlərinin səfəri kimi tariximizə düşəcək və qızıl hərflərlə tarixin yaddaşına əbədi həkk olunacaq bir addım, hadisədir. Bakı Bəyannaməsindən sonra Qarabağ, Şuşa səfəri bir daha həmrəyliyimizin, qardaşlıq və dostluğumuzun bəyanı oldu.

Bəli, öncə Şuşa, ardınca Bakı bəyannaməsinin imzalanması bizi, 3 qardaş və dost dövləti Qələbələrdən Qələbələrə, Zəfərlərdən Zəfərlərə çatdıracaq, Qələbələr, Zəfərlər daim bizimlə, bizlərlə olacaq.

 Bu, qarşısıalınmaz bir prosesdir, kimsə də buna mane, əngəl ola bilməz və bilməyəcək.

13:12

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam daimi komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

Daha 671 yeni yoluxma-DAHA 4 ÖLÜM…

Read Next

“Bakını Abşeronsuz, Abşeron yarımadasız təsəvvür etmək mümkün deyil…Bakı və Abşeron tamdır, vahiddir, ayrılmazdır…”-ZİYAD SƏMƏDZADƏ – MÜSAHİBƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir