“Azərbaycan-Türkiyə qardaşlığı bütün Türk və İslam dünyası üçün nümünə və örnəkdir”-GÜLMİRZƏ CAVADOV – FOTOLAR

Azərbaycan- Türkiyə qardaşlığı bütün Türk və İslam dünyası üçün nümünə və nəhəng bir örnəkdir.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında xeyriyyəçi, dövlət xadimi, həkim-professor, mərhum Fəxrəddin Cavadovun oğlu Gülmirzə Cavadov deyib.

Qeyd edib ki, Türkiyədə baş verən dəhşətli faciənin fəsadlarını hər birimiz müşahidə etdik və bu təbii olaraq bütün Azərbaycan xalqının çox sarsıtdı.

“Azərbaycanımızın dövlət başçısı cənab İlham Əliyev tərəfindən dərhal başlanan gardaş dəstəyi çağırışına qoşulmağı özümüzə borc bilib, dərhal yaxın dostlar ilə maliyyə toplamağa qərar verdik. Bir millət iki dövlət prinsipinə sadiq qalaraq , qardaş Türkiyədəki bu kritik vəziyyətdə əlimizdən gələn yardımı həyata keçirmək üçün kampaniya başladıq”-deyə, o, bildirib.

O, sonra “Ən əsas məqsəd o bölgədə fəlakətdən sonra çox ağır yaşam və hava şərtlərində olan bizim qanı bir – canı bir gardaş və bacılarımıza əlimizdən qələn dəstəyi göstərməkdir! Maliyə dəstəyindən ziyadə isə ən təməl hədəfimiz Azərbaycan qədər ərazini yerlə-yeksan edən dağıdıcı zəlzələnin bir neçə nöqtəsinə birbaşa gəlib, orada ən təcili ehtiyac duyulan vacib ləvazimatları gardaş və bacılarımıza birbaşa təqdim etməkdir, həmçinin onlara mənəvi dəstək də göstərməkdir. Hazırda 4 böyük TIR ilə 2 milion TL dəyərində ən çox ehtiyac duyulan ərzaq və qida malları, həmçinin 10 ədəd dizel generator, böyük və uşaqlar üçün isti gış qiyimləri, gış botları, yastıq və yorğan, su depoları, bir çox təmizlik maddələri, antıseptik, müxtəlif hijiyenik bezlər, 68 ton içməli su, süngər yataqlar, 1400 nəfərlik quru yemək dəsti, yaşayış konteynerləri və digər zəruri ləvazimatlar bölgəyə tərəfimizdən birbaşa gətirilib. Yardımın bir hissəsi 15 və 16 fevral tarixlərində sırf Hatay vilayətinin inzibati mərkəzi Antakyaya , bundan başqa da İskenderun şəhərlərində əhaliyə birbaşa çatdırılılıb. Bundan əlavə zəlzələdən ən çox zərər çəkmiş, hardasa yerlə yeksan olmuş Antakya şəhərində günlük 10.000 nəfərə isti yemək və birbaşa yardım dağıtımı nöktəsində mütamadi olaraq gətirilən yardımlar ehtiyaca görə gətiriləcək və davamlı olaraq paylanacaqdır. Bu kimi bölgənin digər ağır nöktələrində də mümkün qədər ünvanlı yardım göstərilməsi məqsədilə əlimizdən gələni etməyə çalışırıq”-deyə, vurğulayıb.

G.Cavadov onu da bildirib ki, əlavə olaraq 230 min türk lirəsi dəyərində olan ayrıca 21 ədəd generator, əl fənərləri, yataq dəstləri Türkiyə dövlət qurumu AFAD vasitəsilə 18 fevral tarixində Qazıantepdə təqdim edilib.

“Biz – millətimizi, iki dövlətimizi sevən sadə vətəndaşlar olaraq həm dövlətimizin başçısının çağırışına qoşulur, həm də bütün dünyaya Azərbaycan-Türkiyə birliyinin nə qədər böyük güc olduğunu göstərmək üçün buradayıq. Əsas məqsədimiz buradakı qardaş və bacılarımıza əlimizdən gələn dəstəyi, köməyi göstərməkdir. Canımız, əziz Türkiyəmiz, Biz səninləyik!”-deyə, G. Cavadov sonda bildirib.

Etikxeber.az

Read Previous

“Əhalini təşvişə düşməməyə çağırırıq…”-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Arif Babayev Prezidentin fəxri diplomu, Məleykə Abbaszadə isə “Şərəf” ordeni ilə-TƏLTİF OLUNDU – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir