Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatdı

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 14-də Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Piter Şvedberq və Saymon Tiller keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqin keçirilməsini ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anji Kaspşik və onun səhra köməkçiləri Gennadi Petriça və Xristo Xristov təmin ediblər.

Etikxeber.az

Read Previous

Xəbərdarlıq: Havanın temperaturu 4-6 dərəcə enəcək

Read Next

Qəbələdə dünya kuboku yarışlarında 27 ölkədən 300-dək idmançı iştirak edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir