“Azərbaycan yeni zəfərlərə doğru inamla irəliləyir”-FATMA YILDIRIM

Bu ilin birincü rübünün yekunları ölkəmiz üçün uğurlu oldu. Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə verilən məlumatlar göstərir ki, ölkəmiz dinamik inkişafını davam etdirir.

Bu fikirləri Etikxeber.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Prezidentimiz cənab İlham Əliyev müşavirədə ölkəmizin sosial-iqtisadi göstəriciləri, beynəlxalq münasibətlər sistemində yeri və rolu, regionda baş verən proseslər, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri barədə ətraflı şəkildə fikirlərini ifadə edib:

“Görülən işlər deməyə əsas verir ki, bu dövrdə qarşıda duran bütün vəzifələr icra edilib. Bu dövrdə beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilib və dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul edirlər. Millət vəkilinin sözlərinə görə, düşünülmüş siyasət nəticəsində həm pandemiya, həm də bizə yaxın regionlarda baş verən mürəkkəb proseslər fonunda ölkəmizin inkişafı təmin edilib. Belə ki, ilin bürüncü rübündə ümumi daxili məhsulun həcmi 6 faizdən çox artıb. Eləcə də, digər istiqamətlərdə də müsbət nəticələr əldə olunub, büdcə daxilolmalarında profisit yaranıb.

Bu müsbət nəticələrin əldə olunmasında dövlət başçısının tapşırıqlarına uyğun olaraq İqtisadiyyat Nazirliyinin və hökumətin digər strukturarının səmərəli fəaliyyəti vacib amillərdən biridir. Hazırda dünyada ərzaq məhsullarının artdığı bir şəraitdə hökumət əhalinin sosial müdafiəsini gücləndirmək, infilyasiyanın qarşısını almaq üçün sistemli tədbirlər görür. Fatma Yıldırım qeyd edib ki, müşavirədə cənab Prezidentin regionda sülhün təmin olunması üçün verdiyi mesajlardan Ermənistan və müəyyən beynəlxalq dairələr nəticə çıxarmalıdır”.

Millət vəkili qeyd edib ki, artıq beynəlxalq birlik yeni reallıqları qəbul edir. Hər kəsə aydındır ki, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi.

“30 il ərzində səmərəsiz fəaliyyət göstərmiş ATƏT-in Minsk qrupunun yenidən gündəmə gətirmək cəhdinin əsası yoxdur. Çünki yeni mərhələdə ATƏT-in Minsk qrupu artıq lüzumsuz təsisat kimi qəbul olunur. Bəzi qüvvələr ATƏT-in “turizm idarəsi” rolunda çıxış edən Minsk qrupunu yenidən proseslərə cəlb etməyə çalışırdılar. Azərbaycanın mövqeyi isə bəllidir. 30 ilə yaxın müddət ərzində vasitəçilik missiyası daşıyan, amma vəzifəsini yerinə yetirə bilməyən ATƏT-in Minsk qrupunun fəaliyyəti etimad və səmimiyyətdən uzaq olub, sülhə, təhlükəsizliyə xidmət etməyib. Münaqişə isə həll edilib, ona görə də ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətinə artıq heç bir əsas və ehtiyac yoxdur.

İndi əsas məsələ müharibəsonrası dövrdə bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi, 10 noyabr Bəyanatında əksini tapan məsələlərin icrası, kommunikasiyaların açılması və digər bir sıra istiqamətlərdə fəaliyyət göstərməkdir. Artıq işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Cənab Prezident müşavirədə yekun çıxışını xüsusilə bu məsələyə həsr etdi. Artıq bu il Böyük Qayıdışın ilk addımı olaraq Zəngilanın Ağalı kəndində insanların qayıdışı təmin olunacaq. Gələn ay Şuşada Xarıbülbül Festivalı keçiriləcək, azad olunmuş ərazilərdə quruculuq işləri daha böyük vüsət alacaq. Bir sözlə, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni zəfərlərə doğru inamla irəliləyir”-deyə, F. Yıldırım sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Daha 14 yeni-YOLUXMA…

Read Next

Ali təhsilli, peşəkar hərbçi, qərargah rəisi, ailənin tək oğlu, iki övlad atası-ƏSƏD NƏSƏNOVUN BU GÜN 34 YAŞ TAMAM OLDU… -FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir