Azərbaycanda daha bir medal təsis edilir

Azərbaycanda medalların sırasına daha biri – “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919 – 2019)” medalı əlavə edilib.

Etikxeber.az-ın məlumatına görə, bu barədə məsələ-“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin (MM) fevralın 19-da keçirilən növbəti plenar iclasında müzakirə edilib.

Dəyişikliyə əsasən, yəni, yubiley medalı ilə Azərbaycanın diplomatik xidmət orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, diplomatik xidmətdə yüksək nəticələr əldə edən diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, diplomatik xidmət orqanlarının veteranları, habelə Azərbaycanın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində fəal iştirak edən və diplomatik xidmət orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər.

Medal diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulmasına görə cəzalar müəyyənləşdi

Read Next

Səfir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edildi – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir