“Azərbaycanda mütləq bir Türk Kitab Evinin açılmasına ehtiyac var”-Qənirə PAŞAYEVA

“Bu gün qardaş Türkiyənin Kültür və Turizm bakanı, dəyərli bilim adamı və aydın Nabi Avcı ilə M.F. Axundov adına Milli Kitabxanada gözəl görüş və müzakirələr oldu. Uzun illərdir tanıdığım sayın bakanla görüş zamanı bir sıra vacib təkliflərlə çıxış edərək onların reallaşacağına inandığımız söylədim”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

O, deyib ki, birincisi, Azərbaycanda mütləq bir Türk Kitab Evinin açılmasına ehtiyac var.

İkincisi, məktəblərimizdə, universitetlərimizdə uşaqlarımıza, gənclərimizə ortaq Türk tarixi oxutmağın vacibliyi. Üçüncüsü, Türkiyə Kültür və Turizm Bakanlığı dəstəyi ilə çıxan kitablardan 400-500 nüsxə Azərbaycan kitabxanalarına, universitetlərin kitabxanalarına göndərilməsinin vacibliyi. Dördüncüsü, Türkiyənin böyük yazar, şair və aydınlarını Azərbaycanda, Azərbaycannın böyük yazar, şair, aydınlarını Türkiyədə daha geniş tanıdıcaq layhələrin həyata keçirilməsi. Beşincisi, iki qardaş ölkə arasında kültür turizminin genişlənddiriımə istiqamətində layihələrin genişlənməsi və sair. Sayın bakana təşəkkür edirəm ki hər birimizin, bütün ziyalılarımızın təkliflərini diqqətlə dinlədi, qeydlər götürdü və onların həlli üçün addddımlar atacağını söylədi. Çox maraqlı söhbət oldu və inanıram ki, Nabi bəyin fəaliyyəti dövründə Türkiyə-Azərbaycan Kültür və Turizm əlaqələri daha da inkişaf edəcək”-deyə, milıət vəkili sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Seysmik riskin qiymətləndirilməsi aparılacaq

Read Next

“AŞPA müşahidəçiləri hər şeyi öz gözləri ilə gördülər…”- SAHİBƏ QAFAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir