Azərbaycanda Qurban bayramı-QEYD OLUNUR

Azərbaycanda bu gün və sabah Qurban bayramı qeyd olunur.

Etikxeber.az-ın xəbərinə görə, 2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Azərbaycan Nazirlər Kabinetinin Qərarına əsasən, bu il Qurban bayramı iyulun 20-si və 21-də qeyd edilir.

Qurban bayramı ilə əlaqədar 4 gün – 18 iyul (bazar), 19 iyul, 20 iyul və 21 iyul – ardıcıl qeyri-iş günü olacaq.

İyulun 20-si və 21-də məscidlərdə birgə bayram namazları qılınacaq.

“Kənddən Şəhərə” layihəsi çərçivəsində Bakı, Abşeron və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar olaraq qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunur. Yarmarka Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud karantin rejimi ilə əlaqədar tətbiq etdiyi qaydalara uyğun şəkildə keçirilir. Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün www.qurbanliq.kendden.az satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə verilib.

Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə ola bilər.

Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.

Etikxeber.az

Read Previous

İlham Əliyev Qurban bayramı ilə bağlı-PAYLAŞIM ETDİ

Read Next

“Bu işdə Avropa İttifaqı öz töhfəsini verə bilər…”-MİLLƏT VƏKİLİNİN DƏYƏRLƏNDİRMƏSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir